Rusiyada xilasedicilər hava ilə bağlı ciddi xəbərdarlıq etdi

4-12-2017, 09:57           

Yaxın saatlarda Rusiyanın paytaxtı Moskvaya güclü qar yağacaq. Qar şiddətli külək və buz bağlama ilə müşayiət olunacaq.

teref.az“Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Meteoroloqların sözlərinə görə, pis hava şəraiti Moskva üzərindən isti cənub siklonu cəbhəsinin keçidini müşayiət edəcək. Xilasedicilərin xəbərdarlığına görə, gün ərzində görüntünün pisləşəcəyi, avtonəqliyyat vasitələrinin hərəkətinin çətinləşəcəyi və yol qəzalarının sayının artacağı gözlənilir.

Pis hava şəraitinin günün sonuna qədər davam edəcəyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru