Venesuela blokadanı belə yarmaq istəyir - Yeni kriptovalyuta

4-12-2017, 11:42           

Venesuela maliyyə blokadasını yarmaq üçün yeni kriptovalyuta sistemi yaradacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Venesuela Prezidenti Nikolas Maduro söyləyib.

“Yeni valyuta ölkənin təbii zəngilikləri ilə təmin olunacaq. Bu bizə beynəlxalq ödənişləri həyata keçirməyimizdə yardım edəcək. Yeni kriptovalyutamızın adı “Petro” olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu addımı Venesuela lideri Nikolas Maduronun ölkədə vətəndaş cəmiyyətini boğmağa yönələn addımlarına qarşı atdığını bildirib. Maduro isə ABŞ sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə adlandırıb.

Qərb sanksiyaları həmçinin Venesuelanın gəlirlərinin kəskin azalmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru