​ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI

4-12-2017, 14:09           
​ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI
1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması prosesində qaranlıq qalan məqamların üstü açılır.
Publika.az Türkiyənin "Yeni Şəfəq" nəşrinə istinadən xəbər verir ki, ABŞ təxliyyənin qarşılığında Suriyanın Deyr-ez-zor şəhərinin yaxınlığındakı əl-Cafra neft bölgəsinin PYD-yə (PKK terror təşkilatının Suriya qanadı -red.) təhvil verilməsini tələb edib.
Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib. Məlumata görə, noyabr ayı ərzində İŞİD ilə Tel Afer, Rakka və Deyr-ez-Zorla bağlı 6 razılaşma əldə olunub.
ABŞ-ın PYD üzərindən İŞİD-lə əldə olunan razılaşmaya əsasən əl-Cafradan başqa, əl-Tanek, əl-Ömər və əl-Verd neft yataqları PYD-nin nəzarətinə verilib. Nəşrin yazdığına görə, İŞİD-lə olunan Rakka müqaviləsindən sonra ümumilikdə, Deyr-ez-Zordakı neft ərazilərinin 70 faizi PYD-yə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru