İspaniya məhkəməsi Kataloniya liderləriylə bağlı SON QƏRARINI VERDİ

4-12-2017, 20:24           
İspaniya məhkəməsi Kataloniya liderləriylə bağlı SON QƏRARINI VERDİ
İspaniya məhkəməsi Kataloniyanın 4 diplomatının həbs cəzasını təsdiq edib.
Muxalifət.az xəbər verir ki, Ali Məhkəmə keçmiş Kataloniya liderinin baş köməkçisi Oriol Cunqeras, keçmiş hökumət katibi Coakvim Forn və iki kataloniyalı siyasi lideri həbs cəzasına məhkum edib, 6 diplomat isə sərbəst buraxılıb.
Həbs edilən şəxslər xalqı üsyana təşviq etməkdə təqsirləndirilib. 27 oktyabrda rəsmi Madridin tanımadığı təktərəfli müstəqillik elanını edən və Madrid tərəfindən vəzifələrinə son verilərək həbs edilən Kataloniya hokumət kabinetinin 6 üzvünün isə 100 min avro qarşılığında sərbəst buraxılmasına qərar verilib.
Hakim Llarena Cunqeras və digər 3 diplomatın onlara qarşı qaldırılan ittihamları təkrar etməkm riskləri olduğu üçün həbs qərarının çıxaırldığını bildirib.
Qeyd edək ki, Kataloniya liderləri müstəqillik elan etmədən öncə Kositutsiya Məhkəməsinə qadağasına rəğmən, bölgədə referendum keçirmişdi. Rəsmi Madrid isə qəbul edilən qərarları ləğv edərək bölgənin idarəetməsini öz əlinə almışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.