İran şirkəti Ermənistan polisinə yeni avtomobillər göndərdi

4-12-2017, 21:29           

"Iran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Trend-in məlumatına görə, Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən hakimiyyətin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, “Iran Khodro” avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.

Qeyd edək ki, bir ildir Yerevanda İran şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru