2016-cı ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

4-12-2017, 23:10           
2016-cı ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb
2016-cı ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb.

APA-nın Moskva müxbirinin Rusiya Dövlət Statistika Federal Xidmətinə istinadən verdiyi məlumata görə, keçən il 9885 nəfər azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu göstərici ümulikdə Rusiya vətəndaşlığı alan əcnəbilərin 3,7 faizini təşkil edib.

Qeyd edək ki, ümumilikdə isə 2016-cı ildə 265 min 319 nəfər əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Ən çox Rusiya vətəndaşlığı alan ukraynalılar olub. 100 min 696 ukraynalı vətəndaşlığını Rusiya vətəndaşlığa dəyişib. Sonrakı yerləri 97 min 837 nəfərlə Qazaxıstan, 23 min 216 nəfərlə Özbəkistan, 23 min 12 nəfərlə Tacikistan, 22 min 264 nəfərlə Ermənistan, 17 min 397 nəfərlə Moldova, 9315 nəfərlə Qırğızıstan, 3582 nəfərlə Belarus tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru