ABŞ-da İslam mərkəzində atəş açmaq istəyən şəxs saxlanılıb

5-12-2017, 07:50           

ABŞ polisi Florida ştatının Ceksonvil şəhərindəki İslam mərkəzində atəş açmaq istəyən şəxsi zərərsizləşdirib. Bu barədə Ceksonvil şerifinin ofisi məlumat verib.

"İslam mərkəzində insalara odlu silahdan atəş açmağı planlaşdıran 69 yaşlı Bernardino Bolatete saxlanılıb ", - ofisin Facebook səhifəsində dərc edilmiş yazıda bildirilir.

Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Bolatete adı açıqlanmayan ABŞ vətandaşının verdiyi məlumat əsasında həbs edilib. "Həbs edilən şəxs Federal Təhqiqatlar Bürosuna təhvil verilib",-deyə ofisdə əlavə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru