Üsyançı husilər Yəmənin paytaxtını tam nəzarət altına alıb

5-12-2017, 08:13           
Üsyançı husilər Yəmənin paytaxtını tam nəzarət altına alıb
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) ölkənin paytaxtı Səna şəhərini tam nəzarət altına alıb.

APA-nın xəbərinə görə, bu barədə yerli televiziya kanalı məlumat verib.

RİA Novosti agentliyinin məlumatına görə, silahlılar “Yemen Today” telekanalını ələ keçirərək 41 jurnalisti binada girov saxlayırlar. “Yemen Today” sabiq prezident Əli Abdulla Salehin “Xalq konqresi” partiyasına yaxınlığı ilə tanınır. Dekabrın 2-də Əli Abdulla Saleh “Yemen Today” telekanalının efirində çıxış edərək xalqı husilərə üsyana qalxmağa səsləyib, hərbçiləri isə husilərin əmrlərinə tabe olmamağa çağırıb . O, atəşkəsə nail olmaq və ölkəyə humanitar yardımın buraxılması üçün qonşu ölkələrlə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh ötən gün husilər tərəfindən öldürülüb. Yəməndə üsyançı husilər, Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qüvvələr arasında silahlı münaqişə 2014-cü ildən davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru