“ABŞ ordusu Ukrayna əsgərindən öyrənir” - Amerikalı general

5-12-2017, 09:21           
“ABŞ ordusu Ukrayna əsgərindən öyrənir” - Amerikalı general
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı hərbi qüvvələrinin komandanı Ben Hoces «Avropa həqiqəti» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, ABŞ hərbçiləri Ukrayna əsgərindən çox şey öyrəniblər.

Onun sözlərinə görə, ABŞ-ın bütün müttəfiqləri Donbas münaqişəsi təcrübəsini nəzərə aldılar və öz təlim sistemlərini inkorporasiya etdilər.

«Ukrayna ordusunun sayəsində qazandığımız təcrübə mübaliğəsiz desək, bizi öyatdı» – Hoces bildirib.

Ukraynanın NATO-ya mümkün üzvlüyü barədə suala cavab verərkən, general xatırladıb ki, Ukrayna hərbçiləri İraq və Əfqaqıstandakı əməliyyatlarda iştirak ediblər: «Ona görə də Ukrayna silahlı qüvvələrindən olan kişilərə və qadınlara gerçəkdən hörmət var».

Hocks bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya sadiqliyini qoruyub saxlayır. Bunun təsdiqi olaraq, general bildirib ki, hal-hazırda Ukrayna ərazisində 250 ABŞ hərbçisi var.

«Biz, Ukrayna ilə həmkarıq» – deyə, general söhbətini yekunlaşdırıb.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru