Saakaşvili: “Yeni ili Poroşenkosuz qarşılayacağıq”

7-12-2017, 00:14           
Saakaşvili: “Yeni ili Poroşenkosuz qarşılayacağıq”
Ukrayna prezidenti Petro Poroşenko Yeni ilədək postunu tərk edə bilər.

teref.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə keçirdiyi “xalq yığıncağı”nda bəyan edib.

"Mən Poroşenkoya qarşı genişmiqyaslı, dinc şəkildə hücum hazırlamağı təklif edirəm. Mən sizi əmin edirəm ki, yaxşı çalışsaq, şansımız var ki Yeni ili onsuz qarşılayaq”, deyə M.Saakaşvili bildirib.

Bundan əvvəl Saakaşvili bildirib ki, silahdaşları Poroşenkonun impiçmenti üçün ölkə ərazisində imza toplamağa başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru