Merkel Trampın Qüdsün İsrailin paytaxtı kimi tanıması qərarına qarşı çıxıb
7-12-2017, 08:25
Almaniya kansleri Angela Merkel ABŞ lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.
“Almaniya hökuməti və kansler ABŞ-ın mövqeyini dəstəkləmir. Çünki Qüdsün statusu “iki dövlət formulu” çərçivəsində müzakirə edilməlidir”, deyə Ş.Zaybert qeyd edib.