​“Yalnız bu halda...” - Krım və Donbasla bağlı ABŞ-dan TƏLƏB

7-12-2017, 19:01           
​“Yalnız bu halda...” - Krım və Donbasla bağlı ABŞ-dan TƏLƏB
“Rusiyaya qarşı sanksiyaların ləğvi Rusiya qoşunlarının Donbasdan çıxarılması və Krımın yenidən Ukraynaya qayıdışı ilə bağlıdır”.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.
“Krımla bağlı sanksiyalar yarımadanın Ukraynanın tam nəzarəti altına qaytarılmasına kimi davam edəcək. Eyni zamanda, Şərqi Ukrayna üzrə avropalı partnyorlarımızla uyğunlaşdırılmış sanksiyalar rejimini dəstəkləyirik. Rusiya öz güclərini Donbasdan çıxarmayacağı və Minsk razılaşmalarını əməl etmədiyi halda, sanksiyalar qüvvədə qalacaq”, - dövlət katibi qeyd edib.
Bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində Krım məsələsini “həmişəlik bağlanmış məsələ” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru