Ukrayna Saakaşvilin tərəfdarını vəzifədən kənarlaşdırdı

7-12-2017, 21:37           

Ukraynanın Ali Radası parlamentin Korrupsiya ilə mübarizə komitəsinin sədri İqor Sobolyevi vəzifədən kənarlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Məlumata görə deputatın vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi fəaliyyətinin qane edici olmaması göstərilib. Qərarın qəbul edilməsi üçün lazım olan 226 səs qarşılığında, 256 millət vəkili lehinə səs verib. Sobolyev sədr vəzifəsindən uzaqlaşdırılsa da, komitə üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, İqor Sobolyev Mixail Saakaşvilinin Ali Rada qarşısında keçirilən mitinqinin əsas təşkilatçılarından biri hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru