İranlı nazirdən maraqlı paylaşım: Əllər çiyinə qoyulubsa...

7-12-2017, 21:52           

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində maraqlı status yazıb.

Axar.az xəbər verir ki, nazir dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündən çəkilən fotonu paylaşaraq, “Əgər əllər çiyinə qoyulubsa, deməli, hər şey yaxşıdır. Xəzəryanı dövlətlərlə münasibətlərin yaxşı olması İranın xarici siyasətinin prioritetidir” sözlərini yazıb.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri İRNA agentliyinin fotomüxbirinin çəkdiyi fotonu yüksək qiymətləndiriblər.

Xatırladaq ki, dekabrın 5-də Moskvada Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın müzakirə olunması üçün 7-ci iclası keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru