Rusiya DİN-in baş kriminalisti həbs olunub

8-12-2017, 09:29           
Rusiya DİN-in baş kriminalisti həbs olunub
Rusiya DİN Ekspert-Kriminalistika Mərkəzinin rəisi, general-leytenant Pyotr Qrişin Moskvanın Basmannı Məhkəməsinin qərarı ilə 2018-ci ilin fevralınadək həbs edilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, məhkəmə istintaq orqanlarının vəsatətini təmin etməyə qərar verərək, general barəsində 2018-ci ilin fevralın 5-dək həbs qətimkan tədbiri seçib.

Həmçinin sahibkar Sergey Narutov və general Qrişinin müavini Oleq Mazur da analoji müddətə həbs ediliblər.

İstintaqın məlumatına görə, Qrişin və Mazur sahibkar Sergey Narutovun nəzarətində olan şirkətlərlə şişirdilmiş qiymətlərlə (ümumilikdə 80 mln. rubladək) dövlət müqavilələri bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru