İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

8-12-2017, 09:37           
İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb
İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarı olub.


“İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb”, - deyə Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukah bildirib.

Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılması səbəbindən xəsarət alıb.

Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru