Erməni kursantı öldürüb turnikdən asdılar - Şahidlər ölkədən qaçır

8-12-2017, 14:07           

Kursantın ölümündə şahidlik edən əsas şəxs Ermənistanı tərk edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbi institutunun kursantı Haykaz Barseğyanın ölüm işinin araşdırılmasında şahidlik edən əsas şəxs Ermənistanı tərk edib.

Ölən kursantın atası bildirib ki, məhkəmə orqanları işin araşdırılmasını o qədər uzadıblar ki, əsas şahid olan Samvel Serobyan Ermənistanı tərk edib.

Qeyd edək ki, Serobyan gecə ölüm hadisəsi baş verən otaqda olub və əsas şahid hesab edilirdi.

Xatırladaq ki, 29 yanvar 2015-ci il gecə saat 02:03 radələrində oxuduğu hərbi məktəbdə kursant Barseğyan öldürülməsində 4 kursant yoldaşı təqsirli bilinir. Kursantlar Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan hərbi hissənin yataqxanasında kursant Haykaz Barseğyanı qəddarcasına öldürdükdən sonra, izləri itirmək məqsədilə onun meyidini idman sahəsindəki idman alətindən asıblar. Onun adından özünəqəsd etdiyi haqqında yazılı kağızı da cibinə yerləşdiriblər. Buna baxmayaraq, onlar özlərini ölüm hadisəsində günahkar hesab etmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.