İsrail əsgərləri Əl-Əqsa məscidi ətrafında cümə namazından sonra təşkil olunan nümayişə müdaxilə edir. Muxalifət.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Əsgərlərin nümayişçilərə rezin deyil, döyüş gülləsi atdığı və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. Qeyd edək ki, bir qədər əvvəl İsrail hərbçilərinin atdığı rezin güllələr bir neçə nəfərin yaralanmasına səbəb olmuşdu.