"İsrail Qüdsə girərsə mütəşəkkil orduyla müdaxilə ediləcək..." - KADIROVDAN SƏRT XƏBƏRDARLIQ

8-12-2017, 22:58           
"İsrail Qüdsə girərsə mütəşəkkil orduyla müdaxilə ediləcək..." - KADIROVDAN SƏRT XƏBƏRDARLIQ
teref.az sputnik-ə istinadən xəbər verir ki, Ramzan Kadırov: “Bu qərar İsraili daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq”
“ABŞ prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq”. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə yazıb.
“Əminliklə deyə bilərəm ki, Trampın heç bir məntiqə sığmayan qərarı İsrail dövlətini qanlı qarşıdurmanın daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq. Bu cür bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir” — Kadırov diqqətə çatdırıb.
“ABŞ liderinin siyasətini necə başa düşək? Çox sadə. Öz “dünya düzəni” üçün İraq və Suriya ərazisində terror yuvaları yaradanın kimliyinə dair şübhə yeri qalmadı” – o, əlavə edib. sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru