Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb. APA-nın "112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib. "Mixeili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”, deyə D. Sakvarelidze özünün "Feysbuk” səhifəsində yazıb. "Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar faktı təsdiqləyib.