ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini istefa verib

9-12-2017, 09:18           
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini istefa verib
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Pauell istefa verib.

TEREF.İNFO yazır ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, D.Pauell 2018-ci ilin əvvəlində vəzifəsini tərk edəcək.

Məlumata əsasən, D.Pauell əvvəlcədən yalnız bir il adıçəkilən postda qalmağı planlaşdırıb. Prezident D.Trampın müşaviri Cared Kuşner bəyan edib ki, yaxın zamanlarda Dina Pauellin hansı vəzifədə çalışacağına aydınlıq gətiriləcək.

Qeyd edək ki, bundan əvvəl 44 yaşlı Misir əsilli Dina Həbib Pauell “Goldman Sachs” şirkətində və eks-prezident Corc Buşun administrasiyasında işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru