İsraildə uşaqlara təlqin olunan fikir: “MƏSCİD-İ ƏQSANI YIXACAĞIQ”

9-12-2017, 11:00           
İsraildə uşaqlara təlqin olunan fikir: “MƏSCİD-İ ƏQSANI YIXACAĞIQ”
Trampın Qüds qərarı, ötən illərdə İsraildə bir məktəbdə çəkilən görüntüləri yenidən gündəmə gətirib. Uşaqlara təlqin olunan fikir Trampın qərarının yekun məqsədini göstərir.

İsraildə bir məktəbdə çəkilən görüntülər ABŞ-İsrail planının altında çirkli niyyətlərin durduğunu göz önünə sərir. Ötən illərə aid olan görüntülərdə, tələbələrə Məscid –i Əqsanın yıxılıb, yerinə Süleyman Məbədinin inşa ediləcəyi bildirilir. Tələbələr də artıq bu layihəni çox yaxşı bilir və bunu bir hədəf olaraq şüur altında daşıyırlar. Bu da müsəlmanlara qarşı İsrail gəncliyini düşmənliyə yönəldir.
Görüntülərdə, tələbələrə Ərəb uşaqları ilə qarşılaşıb, qarşılaşmadıqları soruşulur. Tələbələrin isə bu suala "Məbədin yanında qarşılaşdıq, onları itələdik. Onları görəndə qəzəb hissi keçiririk. Onları öldürmək istəyirik" deyə, cavab verirlər.

MƏSCİD-İ ƏQSANIN ALTINI OYURLAR

İsrail tərəfindən bir müddətdir Məscid-i Əqsa ətrafında qazıntı aparılır. İsrailin Məscid-i Əqsanın altına çoxsaylı tunellər qazdığı, bəzi tunellərin sinaqoqlara çevrildiyi qeyd olunur.
Digər tərəfdən, bu tunellər səbəbiylə Məscid-i Əqsanın dağılma təhlükəsi ilə qarşı-qarşıya olduğu da ifadə edilir.
Müxalifət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.