Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Publika.az UNİAN agentliyinə xəbər verir ki, anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb. Nəticədə, 4 Ukrayna hərbi qulluqçusu həlak olub, biri yaralanıb. Ukrayna ordusu qumbaraatanlar, pulemyotlar və atıcı silahdan rəqibə cavab atəşi açıb.