İraq savaşından İranın qazancı - Kərkük nefti

10-12-2017, 09:13           
İraq savaşından İranın qazancı - Kərkük nefti
İraq Kərkükdəki yataqlardan gündəlik 30-60 min barel həcmində neftin ixracına dair İranla saziş bağlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft naziri Cabbar əl Laibi bildirib.

“İraqın SOMO neft markeinq şirkətinin İran tərəfi ilə imzaladığı saziş neftin sisternlər vasitəsilə İranın Kermanşah əyaləti ilə sərhədədək, İran tərəfi isə eyni həcmdə nefti İraqın cənubundakı limanlara tədarük ediləcəyini nəzərdə tutur”, deyə nazir qeyd edib. O əlavə edib ki, həmin istiqamətdə boru inşa edilənədək Kərkükdən İrana ixrac olunacaq neftin həcmi artırıla bilər.

Şirkətin baş direktoru Ala əl-Yasiri qeyd edib ki, neftin ixracına yaxın zamanda - tədarüklə məşğul olan şirkətlər arasında tender keçirildikdən sonra başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru