Batumidə yaşayış binasında partlayış baş verib, yaralananlar var

11-12-2017, 08:16           
Batumidə yaşayış binasında partlayış baş verib, yaralananlar var
Gürcüstanın Batumi şəhərində yaşayış binasında partlayış baş verib.

Trend-in "apsny.ge"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1-i ağır olmaqla, 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Partlayışla əlaqədar araşdırma başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.