Nyu Yorkdakı partlayışla bağlı yeni xəbər - Yeniləndi
11-12-2017, 21:22

Nyu Yorkdakı Port-Atorit avtovağzalında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Xəsarət alanlar və partlayışın səbəbinə dair heç bir məlumat yoxdur.
***
Nyu York polisi Manhettendə baş verən partlayışla bağlı metronu evakuasiya edib.
Bu istiqamətdə metronun fəaliyyəti dayandırılıb.
***
Partlayış əldəqayırma partlayıcı qurğunu özünə sarımış Banqladeş vətəndaşı onu Nyu Yorkun mərkəzində, liman idarəsinin yaxınlığında vaxtından əvvəl işə saldığı üçün baş verib.
Axar.az xəbər verir ki, Bruklində yaşayan 27 yaşlı cinayətkarda 12 santimetrlik əldəqayırma bombaya birləşdirilmiş naqillər və batareya yeri aşkar edilib.
Cinayətkarın gödəkcəsinin sağ cibində yerləşən bomba səhər saat 7:40-da A, C və E qatarları üçün stansiyanın bölmələri arasında keçiddə yarımçıq işə düşüb. Polis cinayətkarı həbs edib. Bildirilib ki, cinayətkarın özü və azı bir nəfər yoldan keçən yaralanıb. Yaralı şəxs Belvyu xəstəxanasına çatdırılıb. Hüquq mühafizə orqanlarından bildiriblər ki, banqladeşli partlayıcı qurğunu işlədiyi elektrik şirkətində hazırlayıb. Nyu-Yorkun meri Bill de Blazio hadisə barədə məlumatlandırılıb.