"Kişilər qadına bənzəməmək üçün saqqal saxlasınlar" - İlahiyyatçının fikri qalmaqal yaratdı

21-12-2017, 14:51           

"Kişilər saqqal saxlasınlar. Saqqal kişiləri qadınlardan fərqləndirir. Məsələn, yolda uzun saçlı oğlan görürsən, saqqalı olmayanda qız olduğunu düşünürsən. Çünki müasir dövrdə oğlanlarla qızlar çox bənzər geyinir".

teref.az Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri Murat Bayaral "Saklı gerçekler" verilişində danışarkən deyib.

Türkiyəli ilahiyyatçının saqqal barədə dediyi sözlər qalmaqala səbəb olub. Onun fikirləri İngiltərə mediasında işıqlandırılıb. Metro-da yayılan xəbərdə onun fikirlərinə etirazların olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru