Anası özündən bir yaş böyükdür - dünyada ilk

22-12-2017, 00:02           
Anası özündən bir yaş böyükdür - dünyada ilk
25 ildir dondurulmuş halda saxlanılan insan embrionu keçən ay bir körpə şəklində dünyaya gəlib.

Noyabrın 25-də 26 yaşlı Tina Gibson adlı qadın ABŞ-da xəstəxanalardan birində doğuş həyata keçirib. Amma onun vəziyyəti digər analardan fərqli olub.

Belə ki, Tina 1992-ci ildən bağışlanaraq dondurulan bir embrionu dünyaya gətirib. Emma adı verilən və sağlam olduğu deyilən körpənin çəkisi 3 kiloqram, boyu isə 50 santimetr olub.

Həkimlər daha əvvəl yalnız 20 illik bir embrionun sağlam şəkildə doğulduğunu deyərək, bu hadisənin rekord olduğunu vurğulayıblar.

Gibsonun 33 yaşlı əri Benjamin özlərinin genini daşımasa da, Emmanı övladları kimi qəbul etdiyini və onu çox sevdiyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru