Meksikada turistləri daşıyan təyyarə qəzaya uğrayıb

22-12-2017, 08:36           
Meksikada turistləri daşıyan təyyarə qəzaya uğrayıb
Meksikanın Kintana-roo ştatında göyərtəsində 5 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, göyərtəsində 4 britaniyalı turist və pilotun olduğu “Cessna 207” təyyarəsi Playi del Karmendən Çiçen İtsa arxeoloji zonaya uçarkən qəzaya düşüb.



Qəza nəticəsində ölən olmayıb. Sərnişinlər və pilot müxtəlif xəsarətlər alıblar.



Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.