Yunanıstanda Saloniki limanının satışına dair saziş imzalanıb ı

22-12-2017, 08:40           
Yunanıstanda Saloniki limanının satışına dair saziş imzalanıb ı
Yunanıstanda Saloniki limanının səhmlərinin 67 faizinin 231,926 mln avroya satışına dair saziş imzalanıb. APA-nın xəbərinə görə, bu barədə Yunanıstan Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) tərəfindən bildirilib. Məlumata görə, limanın satılmasına dair saziş “South Europe Gateway Thessaloniki” (SEGT) şirkətinin rəhbərliyi ilə imzalanıb. Bu şirkət tenderdə qalib gəlmiş “Deutsche Invest Equity Partners GmbH”, “Belterra Investments Ltd” və “Terminal Link SAS” şirkətlərinin konsorsiumu tərəfindən yaradılıb.



Alqı-satqı müqaviləsi Hesablama Palatası razılıq verildikdən sonra imzalanıb. Yunanıstanın Rəqabət Komissiyası hələ ki sazişin imzalanmasına razılıq verməyib. Saziş parlament tərəfindən ratifikasiya ediləcək, onun 2018-ci ilin 1-ci rübünə başa başa çatacağı bildirilir.



Sazişin ümumi dəyəri 1,1 mlrd. avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru