ABŞ təbii fəlakətdən zərər çəkənlərə yardım üçün 81 milyard dollar ayıracaq

22-12-2017, 08:48           
ABŞ təbii fəlakətdən zərər çəkənlərə yardım üçün 81 milyard dollar ayıracaq
ABŞ konqresinin nümayəndələr palatası ümumi məbləği 81 milyard dollaq təşkil edən qasırğa və daşqınların qurbanlarına yardım haqqında qanun layihəsi qəbul edib.

Trend-in məlumatına görə, əvvəlki yardım nəzərə alınmaqla bu məqsədlər üçün vəsaitin ümumi məbləği 130 milyard dollara çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-da "Harvi", "İrma" və "Mariya" qasırğaları olub və böyük ziyan vurublar. İqtisadi nəzərdən ziyan, müxtəlif hesablamalara görə, 200 milyard dollaradək təşkil edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru