ŞOK: Heyvan nəcisindən salfet düzəldirlər - FOTO

22-12-2017, 10:20           

Çinin Sicuan əyalətində fəaliyyət göstərən “Qianvei Fenqshenq” kağız şirkəti “Nəhəng Pandaları Qoruma və Araşdırma” mərkəzi ilə birgə qəribə layihə həyata keçirib.

Publika.az xəbər verir ki, şirkət ölkənin simvollarından olan pandaların nəcisindən və yediyi bambuk ağaclarının qalığından tualet kağızı, kağız və salfet istehsal edib.

Yaxın gələcəkdə “Panda nəcisi” (Panda Poo) adı altında satışa çıxarılacaq məhsulların qablaşdırılmasında bambuk ağacı yeyən panda təsviri verilib.

Şirkət Sicuandakı 3 pandanı həftədə bir neçə dəfə ziyarət edir və onların nəcislərini toplayır. Nəcislər qaynadıldıqdan sonra pasterizə edilir və kağıza çevrilir. Satışdan öncə isə bakteriya analizi aparılır.

Panda nəcisindən hazırlanan salfetlər 6,5 dollara satılacaq. Bu da məhsulun maya dəyərinin 10 qatı deməkdir.

Qeyd edək ki, pandalar bambuk ağacındakı şəkəri sovurur. Bu sırada da ağacın liflərini ayırır. Məhz bu mərhələ kağız istehsal edən şirkəti əlavə bir zəhmətdən azad edir. Pandalar gün ərzində 10 kq civarında nəcis verirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru