Belarus kriptovalyutanı leqallaşdırdı - "BATKA"dan İNQİLABİ QƏRAR

22-12-2017, 19:57           
Belarus kriptovalyutanı leqallaşdırdı - "BATKA"dan İNQİLABİ QƏRAR
Belarus prezidenti Aleksandr Lukaşenko “Rəqəmli iqtisadiyyatın inkişafı haqqında” dekret imzalayıb.

İKT.lent.az-ın “republic.ru” saytına istinadən verdiyi məlumata görə, A. Lukaşenko bildirib ki, bununla Belarus blokçeyn istifadəsi üçün imkan yaradan ilk dövlət olub. “Təbii olaraq həyat dəyişir. Biz hətta ilin əvvəlində hansısa mayninq, blokçeyn və bu yeni kriptovalyuta haqqında danışa bilməzdik. Bu gün isə bunlar reallığa çevrilib. Ona görə də həyat və təbii ki, normativ-hüquqi baza dəyişəcək”, - deyə o, iş adamları ilə görüşündə söyləyib.

Dekret hələlik açıqlanmayıb, lakin Belarus mediası onun əsas məqamları barədə məlumat yayıb. İlk növbədə kriptovalyuta və İCO keçirilməsi leqallaşdırılır. Hüquqi şəxslər Belarusda və ölkə xaricində tokenlər yarada, yerləşdirə və kriptovalyuta birjaları vasitəsilə istənilən əməliyyat apara bilər. Bu, fiziki şəxslərə də aiddir. Tokenləri deklarasiya etmək tələb olunmayacaq və 2023-cü ilə qədər onlardan vergi tutulmayacaq.

Belarus smart-müqavilələri də qanuniləşdirir. Smart-müqavilə blokçeyndə sövdələşmələrin avtomatlaşdırılması üçün istifadə olunan proqram kodudur.

Dekret Belarus Yüksək Texnologiyalar Parkının inkişafını da nəzərdə tutur. Bu sənəd Belarus İT şirkətləri üçün əlverişli şərait yaradaraq ölkənin rəqəmli iqtisadiyyat üzrə Şərqi Avropanın liderinə çevrilməsinə imkan verməlidir.

Dekretin bütün normaları 3 ay sonra qüvvəyə minəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.