Peterburqda azərbaycanlı iş adamını güllələyənə hökm oxundu

23-12-2017, 00:54           

Peterburqda iş adamını öldürən killer Emil Hüseynov barəsində hökm çıxarılıb.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, Hüseynov günahını boynuna alaraq məhkəməyə qədər əməkdaşlığa razılaşıb.

Məhkəmə cəzasını ciddi rejimli həbsxanada çəkməklə onun barəsində 12 il hökm çıxarıb.

İstintaqın versiyasına görə, Azərbaycanda anadan olan Əfqan Əliyev və Vüsal Əskərov öz həmvətənlərinin öldürülməsini təşkil etmək qərarına gəliblər.

Onlar niyyətlərini gerçəkləşdirmək üçün Azərbaycan vətəndaşı Emil Hüsynovla danışıblar və 10 milyon rubl müqabilində sifarişi yerinə yetirib.

2016-cı ilin iyun ayında zərərçəkən Peterburqdan gedib. Onda sui-qəsdçilər onun qardaşını öldürmək qərarına gəliblər ki, əsl hədəfləri dəfn üçün şəhərə qayıtsın.

İyunun 20-də Hüseynov Sofiya tərəvəz bazasında zərərçəkənin qardaşını güllələyib.

Killer aradan çıxmağa cəhd etsə də, şahidlər onu saxlayıblar.

Əliyev və Əskərova qarşı işə Sankt-Peterburq şəhər məhkəməsində baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru