Metroda DƏHŞƏTLİ ANLAR - Qatarın qarşısından tullandı - VİDEO

23-12-2017, 15:39           

İngiltərə metrosunda dəhşətli anlar yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Londonda qatar stansiyaya daxil olanda bir nəfər platformanın bir tərəfindən qarşı tərəfə tullanıb.

Adı açıqlanmayan bu şəxsin əvvəl də buna bənzər video çəkib paylaşdığı bildirilir. Lakin o zaman stansiya boş olub. Bu dəfə isə həyatını riskə ataraq qatarın qarşısından tullanıb.

Həmin anın görüntülərini kameraya çəkən şəxs sosial şəbəkədə paylaşıb. Lakin ona reaksiyalar çox kəskin olub, hətta bəziləri onu “axmaq” adlandırıb.

London nəqliyyat idarəsi hadisə ilə bağlı araşdırma aparır. Nəqliyyat rəsmisi Stev Burton bu hərəkəti ilə həmin şəxsin təkcə özünü deyil, digər sərnişinləri də riskə atdığını bildirib.

“Bu heç də normal qarşılanmayacaq hadisədir. Bu cür hallara qarşı polislə birlikdə mübarizə aparmağa çalışırıq”-deyə, açıqlamasında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru