Ukraynanın sabiq baş naziri Cenevrədə saxlanıldı

24-12-2017, 11:01           
Ukraynanın sabiq baş naziri Cenevrədə saxlanıldı
Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib.

“Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, - deyə

Cenevrəyə kiçik qızı ilə səfər edən Arseni Yatsenyuk aeroportda pasport yoxlanışı zamanı Rusiyanın sorğusu əsasında saxlanılıb.

Olqa Lapponun sözlərinə görə, A.Yatsenyuk saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ölkəni tərk edən zaman təkrar saxlanılacağı ilə bağlı xəbərdarlıq edilib.

2017-ci ilin martında Moskva Arseni Yatsenyukun həbsinə dair məhkəmə qərarını Kiyevə təqdim edib. Rusiya İstintaq Komitəsi onun 1994-95-ci illərdə Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edir. A.Yatsenyuk isə ittihamları rədd edərək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru