ABŞ-da məhkəmə Trampın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib

24-12-2017, 13:17           
ABŞ-da məhkəmə Trampın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib
ABŞ-in Siettl məhkəməsi prezident Donald Trampın ölkəyə bir sıra dövlətlərdən qaçqınların girişini qadağan edən fərmanını qismən ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hakim Ceyms Robartın qərarında bildirilir ki, ABŞ-da olan şəxslərlə qohumluğu və ya strukturlarla əlaqələri olan qaçqınlar istisna təşkil edirlər.

Prosesdə Vətəndaş Azadlıqlarının Amerika İttifaqı və Yəhudi Ailələrinə Xidmət iddiaçı qismində çıxış edib.

Dekabrın əvvəllərində məhkəmə Trampın altı ölkə vətəndaşları barəsində miqrasiya fərmanının tətbiqinə icazə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru