Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur

24-12-2017, 14:17           
Şahzadədən azadlığı üçün 6 milyard dollar tələb olunur
Səudiyyə Ərəbistanının hökuməti tələb edir ki, korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə Əl-Valid bin Talal azadlığı üçün 6 milyard dollara yaxın pul ödəsin.

“The Wall Street Journal” jurnalında dərc edilən məqalədə bildirilir.

Qeyd olunur ki, hazırda milyarder digər həbs edilən şəxslərlə birgə Ər-Riyad hotellərinin birində saxlanılır. Onlardan bəziləri azadlığa çıxmaq üçün öz aktivlərinin bir hissəsini hökumətə verməyə razılaşıblar.

Nəşrin mənbələri iddia edir ki, Əl-Valid Bin Talal hələlik bu məbləği ödəməyə imtina edir. Şahzadə bildirib ki, bu addım faktiki olaraq korrupsiya ilə bağlı ittihamları qəbul etməkdir. Bunun əvəzinə milyarder hökumətə 8,7 milyarda dollar dəyərində qiymətləndirilən “Kingdom Holding” şirkətinin bir hissəsini təklif edir.

“Forbes” nəşrinin məlumatına əsasən, şahzadənin aktivləri 18,7 milyard dollar təşkil edir. O, Yaxın Şərqin ən zəngin insanlarından biri sayılır. Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru