Çində İES-də baş verən qəza 5 nəfərin ölümünə səbəb olub

25-12-2017, 08:33           
Çində İES-də baş verən qəza 5 nəfərin ölümünə səbəb olub
Çində İstilik elektrik stansiyasında baş verən qəza nəticəsində 5 nəfər ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident dekabrın 23-də ölkənin şərq bölgəsində, Tzyasin şəhərində qeydə alınıb.

Məlumata əsasən, İES-in qazanxanasında buxar kəmərinin qırılması zamanı ağır xəsarət alan 4 nəfər xəstəxanada ölüb, dekabrın 24-də müəssisənin daha bir əməkdaşı xəstəxanada keçinib.


Hadisə ilə əlaqədar araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru