Tramp ağzından qaçırdı: Siz indi daha da varlandınız...
25-12-2017, 09:02
ABŞ Prezidenti Donald Tramp həyata keçirdiyi vergi islahatları ilə bağlı bir etiraf edib.
Axar.az xəbər verir ki, dövlət başçısı "Mar-a-Laqo" adlı şəxsi qolf klubunun açılışında iştirak edən dostlarına “Siz indi daha da varlı oldunuz” deyə bildirib.
Trampın prezident seçkilərində keçmiş rəqibi Berni Sanders isə Ağ Ev rəhbərinin vergi islahatı ilə bağlı nəhayət doğru fikirlər söylədiyini deyib.
Qeyd edək ki, bir neçə gün öncə Tramp vergi islahatları ilə bağlı sərəncam imzalamışdı.