Buzlar əridi, ABŞ-ın gizli nüvə şəhəri ortaya çıxdı

25-12-2017, 21:22           
Buzlar əridi, ABŞ-ın gizli nüvə şəhəri ortaya çıxdı
Qrenlandiyada qlobal istilik səbəbindən əriyən buzlaqlar qorxunc bir təhlükəni ortaya çıxarıb.

Aznyus.az xəbər verir ki, ABŞ-ın illər öncə bölgədə quraşdırdığı nüvə bazası buzların əriməsi nəticəsində ortaya çıxır. Buzlar əridikdən sonra tonlarla kimyəvi maddə dənizə qarışa bilər.

Bölgədə araşdırma aparan ekspertlər qlobal isinmədən dolayı Qrenlandiyadakı böyük buz kütlələrinin çökməsilə gizli nüvə təbəqəsinin də çökə biləcəyini qeyd edirlər.

Soyuq müharibə zamanında 200 nəfərlik bir komanda tərəfindən nüvə enerjisi ilə inşa edilən bu şəhər Amerika tərəfindən "Project Iceworm-Iceworm" adlandırılır.

Şəhərin altında 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə olunmaq üçün 600 ədəd ballistik raket yerləşdirilib. Soyuq Müharibə zamanında hökumətlərin gizli çalışmalarının ən böyük sübutları olan şəhər buzlaqların altında sirr olaraq qalır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru