Meksikada məşhur jurnalistin qətlinin təşkilatçısı saxlanıldı

26-12-2017, 08:46           

Meksikada nüfuzlu Jornada nəşrinin jurnalisti Miroslava Briçin qətlinin təşkilatçısı saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Miqel Anxel Ossorio Çong məlumat verib.

Briç mart ayında Çiuaua ştatında öz evinin qarşısında güllələnib.

2000-ci ildən etibarən ölkədə təxminən 120 media nümayəndəsi qətlə yetirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.