Yunanıstanda 5,0 bal gücündə zəlzələ baş verib 26-12-2017, 09:00 Yunanıstan sahillərində 5,0 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir. Yeraltı təkanların episentri Korfu şəhərindən 94 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş