Putin Zaxarovaya yeni diplomatik rütbə verdi

27-12-2017, 00:24           

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya yeni diplomatik rütbə verilib.

Teref/info Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, prezident Vladimir Putinin bu gün imzaladığı fərmana əsasən, M. Zaxarovaya birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Buna qədər Mariya Zaxarova ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsini daşıyırdı.

Qeyd edək ki, M. Zaxarova 2015-ci ilin avqustundan Rusiya XİN-nin informasiya departamentinə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru