Moskvada fabrik direktoru müştəriləri güllələdi

28-12-2017, 00:36           

Naməlum şəxs Moskvanın cənub-şərqində yerləşən fabrikin binasında adamlara atəş açıb, nəticədə bir nəfər ölüb.

Virtualaz.org DİN-in Moskva üzrə baş idarəsinin məlumatına istinadən bildirir ki, hadisə nəticəsində yaralananlar da var.

“Polis cinayətkarın saxlanılması üzrə əməliyyat aparır”, - deyə məlumatda qeyd edilir.

Qeyri-rəsmi mənbədən bildirilir ki, adamlara atəş açan şəxs fabrikin direktorudur.

Digər mənbələrin xəbərinə görə, fabrikdə bir neçə nəfər girov saxlanılır. Hadisə yerinə OMON və xüsusi təyinatlılar cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru