Moskvada "Menşevik" fabrikində atəş açan şəxs saxlanılıb

28-12-2017, 10:24           
Moskvada "Menşevik" fabrikində atəş açan şəxs saxlanılıb
Ötən gün Moskvada “Menşevik” fabrikində atəş açan şəxs saxlanılıb.



APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Daxili işlər nazirliyi Baş İdarəsindən bildiriblər.



“İlya Averyanov Moskvada saxlanılıb. Hazırda o İstintaq Komitəsinə aparılır”, məlumatda deyilir.



Ötən gün müəssisənin keçmiş direktoru İlya Averyanov “Menşevik” fabrikinin hazırkı rəhbərliyi ilə mübahisədən sonra atəş açaraq bir nəfəri odlu silahdan qətlə yetirərək hadisə yerindən qaçıb. Bundan əvvəl İ.Averyanov saxta sənədlərlə fabrikin əlindən alındığını və müflis edildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.