Pentaqon: ABŞ raket əleyhinə müdafiə sazişinə tam əməl edir

29-12-2017, 09:06           
Pentaqon: ABŞ raket əleyhinə müdafiə sazişinə tam əməl edir
ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə tam əməl edir və əksinə Rusiyanın sazişin bəndlərini pozduğunu hesab edir.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəsmini Conni Maykl bildirib.



“Müdafiə Nazirliyi “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqavilənin öhdəliklərinə uyğun olaraq fəaliyyət göstərir. Əksinə, ABŞ hökuməti Rusiyanın müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozduğunu müəyyənləşdirib”, - deyə C.Maykl bildirib.



Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bundan əvvəl bildirmişdi ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Yaponiyada yerləşdirməsi Vaşinqtonun “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləni pozmaq deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru