Serb səfir XİN-ə çağırıldı – Etiraz notasını qəbul etmədi
29-12-2017, 09:34
Serbiyanın Xorvatiyadakı səfiri Mira Nikoliç Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən etiraz notasını qəbul etməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Məlumata görə, Xorvatiya XİN səfirə Serbiyada milli zəmində baş verən dava zamanı 3 xorvatın döyülməsi məsələsi ilə bağlı etiraz notası təqdim etmək istəyib. Səfir isə Serbiyanın rəsmi mövqeyini ifadə edərək, qarşıdurmada milli zəmin olmadığını bildirib və etiraz notasını qəbul etməkdən imtina edib.
Qeyd edək ki, Serbiyanın Sonta bölgəsində baş verən kütləvi qarşıdurma zamanı 3 xorvat xəsarət almışdı.