İranda “düzgün” geyinməyən qadınlar həbs edilməyəcək

29-12-2017, 09:40           
İranda “düzgün” geyinməyən qadınlar həbs edilməyəcək
Tehran polisinin bəyanatında bildirilir ki, bundan sonra Şəriət qaydalarına uyğun geyinməyən qadınlar həbs edilməyəcəklər. Xatırladaq ki, qadınların ictimai yerlərdə geyim qaydaları İranda 1978-1979-cu illər inqilabından sonra tətbiq edilib.

Virtualaz.org “Associated Press”ə istinadla xəbər verir ki, Tehran polisinin başçısı, general Hüseyn Rəhimi bununla bağlı deyib: “İslami geyim qaydalarına riayət etməyənlər saxlanma mərkəzlərinə göndərilməyəcəklər və onlar barəsində cinayət işi başlanmayacaq”.

Bununla belə, bildirilir ki, qaydalara riayət etməyənlər məcburi qaydada polis idarələrində təşkil ediləcək mühazirələri dinləyəcəklər.

“Tasnim” agentliyinin məlumatına görə, mütəmadi olaraq geyim qaydalarını pozan qadınlar barəsində işlər məhkəməyə veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.