"Əpl"dən daha bir ANLAŞILMAZLIQ - "İpad" 47 il müddətinə bloklandı - FOTO

29-12-2017, 10:01           

“BadBurrito7” adlı Reddit istifadəçisi 3 ildir istifadə etmədiyi “Əpl” şirkətinə məxsus “İpad”-i istifadə etmək istədikdə maraqlı hadisə ilə rastlaşıb.

Publika.az xəbər verir ki, planşeti yandıran istifadəçi ekrandakı yazının şəklini sosial şəbəkələrdə paylaşıb. İddia edilir ki, planşeti aktivləşdirən zaman ekranda sistem tərəfindən 24 735 744 dəqiqə (təxminən 47 il) müddətinə bloklandığı göstərilib.

Sonradan məlum olub ki, uzun müddət heç bir yenilənmə qeydə alınmadığı üçün avtomatik olaraq sistem öz-özünü 1 yanvar 1970-ci ilə çəkib.

Kompüter mütəxəssisləri bildirib ki, istifadəçi sistemi yeniləmək üçün onu kompüterə birləşdirərək sistemin yaddaşına yeni tarix əlavə etməlidir. Lakin bundan sonra da planşetin fəaliyyətinin bərpa olunacağı dəqiq deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru